Şənbə, 04 May

Qubada "VAZ" "Land Cruiser"ə çırpıldı - Ölən var

image

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, 20 aprel 2023-cü il tarixdə saat 18 radələrində Quba rayonu, Pirvahid kənd ərazisində 1983-cü il təvəllüdlü Quba rayon sakini Allahverdiyev Xəyal Əyyub oğlu idarə etdiyi “Vaz 2106” markalı avtomobil ilə Pirvahid kənd arası yolda hərəkətdə olarkən yolun kənarında fərdi yaşayış evinin qarşısında dayanmış 1968-ci il təvəllüdlü Şamilov Elşən Vaqif oğluna məxsus “Toyota Land Cruiser” markalı avtomobilə dəyərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Vaz 2106” markalı avtomobilin sürücüsü Xəyal Allahverdiyev “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının əzilmiş cırılmış yaraları, travmatik şok” diaqnozlu xəsarətlər alaraq Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilmiş, saat 23.30 radələrində aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür.

Faktla bağlı Quba RPŞ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15